“Neftçi Esports”un E Milli Liqadakı rəqibləri müəyyənləşdi

20 may 2020, 19:08

AFFA tərəfindən yaradılmış E Milli Liqanın püşkü atılıb. Turnirdə “Neftçi Esports” adı ilə təmsil olunacaq komandamız E qrupunda “Ərkivan”, “Qoşqar” FK və “Aghsu City” ilə mübarizə aparacaq. “Neftçi Esports” ilk oyununu iyunun 3-ü saat 20:00-da “Qoşqar” FK-ya qarşı keçirəcək.

Qeyd edək ki, 7 qrupdan ibarət olan və 28 komandanın qatılacağı turnirə mayın 25-i start veriləcək. Qrupda ilk iki yeri tutanlarla yanaşı, ən yaxşı 3-cü olan 2 komanda pley-of mərhələsinə vəsiqə qazanacaq.