Premyer Liqanın XXI və XXII, I Divizionun XX turları təxirə salındı

13 mart 2020, 20:25

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Premyer Liqanın XXI və XXII, eləcə də I Divizionun XX turlarının təxirə salınması haqqında əmr imzalayıb. Son günlər Koronavirus pandemiyasının dünyada geniş yayılması, Avropa ölkələrinin əksəriyyətinin məlum təhlükə ilə bağlı futbol çempionatlarını təxirə salması, həmçinin ölkəmizdə virusa qarşı aparılan mübarizə, eləcə də idman qurğularının fəaliyyətini müvəqqəti dayandırması və aparılan son müzakirələr rəhbər tutularaq bu addım atılıb.

Qeyd edilib ki, təxirə salınmış turların keçiriləcəyi tarix barədə qarşıdakı günlərdə PFL-in rəsmi saytında məlumat yerləşdiriləcək.