“Neftçi-2”dən növbəti qələbə!

11 fevral 2025, 17:28

“Neftçi-2” Əvəzedicilər Liqasında növbəti qələbəsini qazanıb. “Ağ-qaralar” 22-ci turda “Zirə-2”ni 3:1 hesabı ilə məğlub edib. “ASK Arena”da keçirilən matçda komandamızın qollarını İbrahim Novruzov (41-ci dəqiqə) və Kamal Kazımov (90+4-cü dəqiqələr) vurublar. 56-cı dəqiqədə rəqib futbolçu Yusif Hacıyev avtoqola imza atıb. “Zirə-2”nin qolunun müəllifi isə Ramiz Muradov (89-cu dəqiqə) olub.

Qeyd edək ki, “Neftçi-2” 22 turdan sonra 48 xalla turnir cədvəlində 1-ci yeri tutur.