U-17 komandamız Türkiyədə ilk oyununu keçirib

9 fevral 2025, 22:07

“Neftçi” PFK-nın U-17 komandası Türkiyədə ilk yoldaşlıq görüşünü keçirib. Fevralın 8-də qardaş ölkəyə yollanaraq İstanbul şəhərindəki “Clarion Hotel Golden Horn”da məskunlaşan baş məşqçi Asif Ramazanovun yetirmələri bu gün “Qalatasaray”ın müvafiq yaş qrupu komandası ilə qarşılaşıblar. “Florya Mətin Oktay” təlim-məşq bazasında baş tutan matçda “ağ-qaralar” 0:5 hesabı ilə məğlub olub.

“Neftçi” ilə digər İstanbul nəhəngləri – “Beşiktaş” və “Fənərbağça” arasında da yoldaşlıq görüşü təşkil olunacaq. Komandamız fevralın 12-də “Fənərbağça Dərəağzı” təlim-məşq bazasında “Fənərbağça”, 14-də isə “Fulya Hakkı Yeten”də “Beşiktaş”la üz-üzə gələcək. 17 yaşlılarımız fevralın 16-da Bakıya qayıdacaq.