“Neftçi”nin Azərbaycan Kubokundakı potensial rəqibləri müəyyənləşdi

30 sentyabr 2024, 16:07

Bu gün Azərbaycan Kubokunda 2024/25-ci illər mövsümünün püşkatma mərasimi keçirilib. Püşkün nəticəsinə görə, yarışa 1/8 finaldan qoşulacaq “Neftçi”nin rəqibi “Şəfa”/“Araz Saatlı” – “Difai” cütünün qalibi olacaq. Komandamız bu mərhələdəki oyununu dekabrın 3-4-də “Neftçi Arena”da keçirəcək.

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları fevralın 5-6-da və 27-28-də, yarımfinal görüşləri aprelin 2-də və 23-də, final matçı isə iyunun 1-də baş tutacaq.