“Neftçi” “Sumqayıt”la heç-heçə etdi

28 sentyabr 2024, 21:23

“Neftçi” Misli Premyer Liqasının 8-ci turunda “Sumqayıt”la qarşılaşıb. “Neftçi Arena”da baş tutan oyun heç-heçə nəticələnib – 1:1. 70-ci dəqiqədə Cordan Rezabalanın qolu ilə hesabı rəqib açsa da, bundan 6 dəqiqə sonra Ervin Koffinin ötürdüyü topu Yuri Matias başla qapıdan keçirib.

Qeyd edək ki, “Neftçi” 8 oyundan sonra 5 xalla turnir cədvəlində 8-ci yeri tutur.