“Neftçi”nin 3 üzvü milli komandalarda!

24 sentyabr 2024, 15:55

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Türkiyənin Ərzurum şəhərində təşkil olunacaq “U-16 Türkdilli Ölkələr Turniri” üçün heyəti açıqlanıb. Heyətə “Neftçi” PFK-nın qapıçısı Nurəziz Əzizov və dayaq yarımmüdafiəçisi Məhəmməd Qafarov dəvət olunub. Sentyabrın 29-dan oktyabrın 7-dək Türkiyə Futbol Federasiyasının təşkilatçılığı ilə baş tutacaq turnirdə U-16 milli komandamız Türkmənistan və Türkiyə yığması ilə A qrupunda mübarizə aparacaq. Millimiz Türkiyə səfəri öncəsi sentyabrın 25-dən 28-dək Bakıda təlim-məşq toplanışı keçəcək.

Sentyabrın 25-26-da paytaxtımızda təlim-məşq toplanışı keçəcək 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası isə sentyabrın 27-dən oktyabrın 5-dək Belarusun paytaxtı Minskdə UEFA İnkişaf Turnirində iştirak edəcək. “Neftçi”nin yarımmüdafiəçisi Rəşad Şirməmmədlinin də dəvət olunduğu U-15 Belarus Futbol Federasiyasının Təlim-Məşq Mərkəzində Belarus, Rusiya və Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandaları ilə qarşılaşacaq.