Peşə bayramınız mübarək, əziz Neftçilər!
Bu gün “Əsrin müqaviləsi”nin imzalanmasının 30 ili tamam olur. “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın tanınmış neft şirkətləri arasında müqavilə 1994-cü il sentyabrın 20-də Bakının “Gülüstan” sarayında imzalanıb. Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli Sərəncamı ilə hər il 20 sentyabr Azərbaycanda neftçilərin peşə bayramı – “Neftçilər Günü” kimi qeyd olunur.
Bütün neftçiləri – “Neftçi” ailəsinin üzvlərini təbrik edir, çətin və məsuliyyətli işlərində uğurlar arzulayırıq! Peşə bayramınız mübarək, əziz Neftçilər!
Tövsiyə olunur
-
Yens Anderssonla qarşılıqlı razılıq əsasında yollar ayrıldı
Klub 18 sentyabr 2024, 17:57 -
SOCAR – 32
Klub 13 sentyabr 2024, 09:30 -
Qadın futbolçulardan ibarət komandamız ÇL-də mübarizəni dayandırdı
Klub 7 sentyabr 2024, 21:00 -
“Neftçi” PFK ilə “Rahat” brendi arasında sponsorluq müqaviləsi imzalanıb
Klub 5 sentyabr 2024, 19:00