3 futbolçumuz Qəbələ toplanışında

16 sentyabr 2024, 14:30

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. Sentyabrın 16-dan 24-dək Qəbələ şəhərində təşkil olunacaq toplanışa “Neftçi”nin 3 üzvü – Röyal Fərzullazadə, Murad Məmmədov və Murad Mustafayev dəvət olunub. U-18-in hazırlıq çərçivəsində yerli klublarla iki yoldaşlıq görüşü keçirməsi nəzərdə tutulub.