Qadınların Çempionlar Liqasındakı rəqibimiz “Sankt-Pölten” oldu

5 iyul 2024, 15:36

Bu gün qadınların Çempionlar Liqasında ilk mərhələnin püşkatma mərasimi təşkil olunub. Püşkün nəticəsinə görə, Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanan “Neftçi” bu mərhələdə Avstriyanın “Sankt-Pölten” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, qadınların Çempionlar Liqasında ilk mərhələnin oyunları 4 və 7 sentyabr tarixlərində keçiriləcək.