“Neftçi”dən növbəti transfer!

29 iyun 2024, 21:00

“Neftçi” daha bir transferini rəsmiləşdirib. Milli komandamızın üzvü Emil Səfərovla 3 illik müqavilə imzalanıb.

“Qəbələ”nin yetirməsi olan 21 yaşlı yarımmüdafiəçi 2021-ci ildən bu komandanın şərəfini qoruyub və 2023-cü ildə Azərbaycan Kubokunun qalibi olub. O, Azərbaycan milli komandasının heyətində 4 oyunda meydana çıxıb.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl monteneqrolu yarımmüdafiəçi Edvin Kuçu transfer etmişdi.