8 futbolçumuz U-15 milli komandasında!

13 iyun 2024, 18:34

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası iyunun 15-dən 18-dək Bakıda seleksiya xarakterli təlim-məşq toplanışı keçirəcək. Milliyə “Neftçi” PFK-nın 8 üzvü – Cavidan Babayev, Kamal Camalzadə, Fəqan Mustafayev, Rəsul Balakişiyev, Şikar Şikar, Rəşad Şirməmmədli, Nail Babayev və Əli Musazadə dəvət olunub.