Təşəkkürlər, Fərrux Mahmudov!

31 may 2024, 11:05

“Neftçi” PFK-nın baş icraçı direktoru Fərrux Mahmudov klub ilə qarşılıqlı razılıq əsasında yollarını ayırır. Fəaliyyəti ərzində uzunmüddətli perspektivdə müsbət dəyişikliyə səbəb olacaq yeni işlərin təməlinin qoyulmasında göstərdiyi xidmətlərə görə Fərrux bəyə təşəkkür edir, gələcək karyerasında uğurlar diləyirik.