6 futbolçumuz Türkiyə milli komandasına qarşı

23 may 2024, 14:27

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Türkiyə yığmasına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb. Mayın 27-də Türkiyənin Ərzincan şəhərinə yollanacaq və oyun gününə kimi hazırlığını orada keçəcək milliyə “Neftçi” PFK-nın 6 üzvü – Günay İsmayılova, Manə Mollayeva, Aysun Əliyeva, Firəngiz Teymurova, Coşqunə Əliyeva və Milana Rəhimova dəvət olunub.

Qeyd edək ki, Azərbaycan və Türkiyə milli komandaları arasında matçlar mayın 31-də Ərzincanda, iyunun 4-də isə Bakıda baş tutacaq.