Gənclər Liqasında mövsümü 3-cü yerdə başa vurduq
Gənclər Liqasında sonuncu turun oyunları keçirilib. “Neftçi” “Sumqayıt”la qarşılaşıb. “Neftçi” Futbol Mərkəzində baş tutan matçda komandamız 3:0 hesabı ilə qalib gəlib. Qollardan ikisini Aslan Hətəmov, birini isə Rəvan Səfərli vurub.
Bununla da 30 oyundan 64 xal toplayan baş məşqçi Rəşad Hüseynovun yetirmələri mövsümü 3-cü pillədə başa vuraraq bürünc medal qazanıblar.