“Neftçi-2” “Qarabağ-2”ni böyük hesabla məğlub etdi

5 may 2024, 19:00

“Neftçi-2” Əvəzedicilər Liqasında böyükhesablı qələbə qazanıb. Baş məşqçisi Rəşad Abdullayev olan komandamız 33-cü turda “Qarabağ-2”ni 3:0 hesabı ilə məğlub edib. Binə qəsəbə stadionunda baş tutan matçda qollara Həbib İsmayılov (35-ci və 69-cu dəqiqələr) və Kamal Kazımov (77-ci dəqiqə) imza atıblar.

Qeyd edək ki, “Neftçi-2” 33 oyundan 80 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb.