“Qarabağ” – “Neftçi” matçının məkanı dəyişdirildi

30 aprel 2024, 11:20

Misli Premyer Liqasının 33-cü turu çərçivəsində mayın 4-ü saat 19:30-da keçiriləcək “Qarabağ” – “Neftçi” matçının məkanı dəyişdirilib. Təşkilati məsələlərlə əlaqədar olaraq, oyun əvvəlcədən nəzərdə tutulduğu kimi Tofiq Bəhramov adına Respublika stadionunda deyil, “Azersun Arena”da baş tutacaq.