“Neftçi”dən böyükhesablı qələbə!

28 aprel 2024, 21:10

“Neftçi” Misli Premyer Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 32-ci turda “Turan Tovuz”a böyük hesabla qalib gəlib – 3:0. “Neftçi Arena”da baş tutan matçda qolları Filip Ozobiç (15-ci dəqiqə), Yuri Matias (31-ci dəqiqə) və Rəhman Hacıyev (70-ci dəqiqə) vurublar.

Qeyd edək ki, “Neftçi” 32 oyunda 50 xal toplayıb.