“Turan Tovuz”la oyunun baş hakimi Rəvan Həmzəzadə olacaq

28 aprel 2024, 13:25

Misli Premyer Liqasında 32-ci turun təyinatları açıqlanıb. “Neftçi” – “Turan Tovuz” matçının baş hakimi Rəvan Həmzəzadə olacaq. Ona Cəmil Quliyev və Şirmamed Mamedov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əli Əliyev yerinə yetirəcək. VAR hakimi Cavid Cəlilov, VAR hakiminin köməkçisi Müslüm Əliyev, hakim-inspektor Barış Şimşek, AFFA nümayəndəsi Erkin Hüseynov olacaq.

Qeyd edək ki, “Neftçi” – “Turan Tovuz” oyunu bu gün saat 17:45-də “Neftçi Arena”da keçiriləcək.