“Zirə” ilə oyuna hazırlıq davam edir

18 aprel 2024, 14:28

“Neftçi” Misli Premyer Liqasının 31-ci turu çərçivəsində qarşılaşacağı “Zirə” ilə oyunun hazırlığını davam etdirir. “Ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində növbəti məşqə çıxıb. Hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib.

Qeyd edək ki, “Zirə” – “Neftçi” matçı aprelin 20-si saat 19:00-da Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.