“Neftçi”dən böyükhesablı qələbə

13 aprel 2024, 22:30

“Neftçi” Misli Premyer Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 30-cu turda “Araz-Naxçıvan”a böyük hesabla qalib gəlib – 3:0. “Neftçi Arena”da baş tutan matçda Brayan Moreno (1-ci dəqiqə) və Rəhman Hacıyev (45-ci dəqiqə) fərqləniblər. 87-ci dəqiqədə isə Yeqor Boqomolskinin zərbəsindən sonra avtoqol qeydə alınıb.

Qeyd edək ki, “Neftçi” 30 oyundan 47 xalla turnir cədvəlində 2-ci pilləyə yüksəlib.