“Neftçi” – “Araz-Naxçıvan” matçını Əliyar Ağayev idarə edəcək

13 aprel 2024, 15:18

Misli Premyer Liqasında 30-cu turun təyinatları açıqlanıb. “Neftçi” – “Araz-Naxçıvan” matçının baş hakimi Əliyar Ağayev olacaq. Ona Eyyub İbrahimov və Asiman Əzizli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vüqar Həsənli yerinə yetirəcək. VAR hakimi Cavid Cəlilov, VAR hakiminin köməkçisi Müslüm Əliyev, hakim-inspektor Ömər Paşayev, AFFA nümayəndəsi Elman Musayev olacaq.

Qeyd edək ki, “Neftçi” – “Araz-Naxçıvan” oyunu bu gün saat 19:00-da “Neftçi Arena”da keçiriləcək.