“Araz-Naxçıvan”la oyunun hazırlığına start verdik

9 aprel 2024, 19:15

“Neftçi” Misli Premyer Liqasının 30-cu turu çərçivəsində qarşılaşacağı “Araz-Naxçıvan”la matçın hazırlığına başlayıb. Komandamızın üzvləri bu gün “Neftçi” Futbol Mərkəzində məşqə çıxıblar. Hazırlıq prosesi əsasən toplu çalışmalardan ibarət olub.

Qeyd edək ki, “Neftçi” – “Araz-Naxçıvan” görüşü aprelin 13-ü saat 19:00-da “Neftçi Arena”da baş tutacaq. Oyun biletlərini iticket.az saytı vasitəsilə onlayn şəkildə əldə etmək mümkündür.