“Araz-Naxçıvan”la matçın biletləri satışa çıxarıldı

9 aprel 2024, 13:00

Misli Premyer Liqasının 30-cu turu çərçivəsində aprelin 13-ü saat 19:00-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Araz-Naxçıvan” oyununun biletləri satışa çıxarılıb. Qiyməti 2 (1B, 2A, 2B, 4A, 5A), 5 (3B), 10 (3A) və 15 (VIP) AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

➡️ https://iticket.az/events/sport/neftci-pfk-araz-naxcivan-pfk-08/115182

“Neftçi Arena”nın kassalarında isə 1A və 5A sektorlarına olan biletlər (qiyməti 2 AZN) oyun günü saat 12:00-dan etibarən satışda olacaq.