“Neftçi” – “Sumqayıt” matçının baş hakimi Elçin Məsiyev olacaq

7 aprel 2024, 15:05

Misli Premyer Liqasında 29-cu turun təyinatları açıqlanıb. “Neftçi” – “Sumqayıt” matçının baş hakimi Elçin Məsiyev olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək. VAR hakimi Rəşad Əhmədov, VAR hakiminin köməkçisi Kamran Bayramov, hakim-inspektor İmanxan Sultani, AFFA nümayəndəsi Seymur Səlimli olacaq.

Qeyd edək ki, “Neftçi” – “Sumqayıt” oyunu bu gün saat 20:00-da “Neftçi Arena”da keçiriləcək.