“Neftçi” yarımfinalda ilk oyununu keçirib

2 aprel 2024, 23:04

“Neftçi” Azərbaycan Kubokunun 1/2 final mərhələsində ilk oyununu keçirib. Komandamız “Qarabağ”la qarşılaşıb. “Neftçi Arena”da baş tutan matçda “ağ-qaralar”ın 0:4 hesablı məğlubiyyəti ilə nəticələnib. Qolları Toral Bayramov (14-cü və 29-cu dəqiqələr), Marko Yankoviç (37-ci dəqiqə) və Nəriman Axundzadə (86-cı dəqiqə) vurublar.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu aprelin 24-ü saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.