Autizmli qonaqlar “Neftçi” – “Qarabağ” matçında

2 aprel 2024, 20:15

“Neftçi” PFK olaraq #MoreThanFootball fəaliyyət həftələrini davam etdiririk. Bu gün keçirilən “Neftçi” – “Qarabağ” oyununda Ümumdünya Autizm haqqında Məlumatlandırma Günü ilə əlaqədar meydana hər iki komandanın futbolçuları və hakimlərlə birlikdə autizmli qonaqlar daxil olublar.

Qeyd edək ki, martın 18-də start götürən #MoreThanFootball fəaliyyət həftələri aprelin 24-dək davam edəcək.