“Qarabağ”la kubok oyunumuzu Rəvan Həmzəzadə idarə edəcək

2 aprel 2024, 15:36

Azərbaycan Kubokunda 1/2 final mərhələsinin ilk oyunlarının təyinatları açıqlanıb. “Neftçi” – “Qarabağ” matçının baş hakimi Rəvan Həmzəzadə olacaq. Ona Akif Əmirəli və Cəmil Quliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək. VAR hakimi Elçin Məsiyev, VAR hakiminin köməkçisi Pərvin Talıbov, hakim-inspektor Gülağa Cabarov, AFFA nümayəndəsi Emin Cəfərov olacaq.

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” oyunu bu gün saat 20:00-da “Neftçi Arena”da keçiriləcək.