Qəbələdə qələbə qazandıq!

29 mart 2024, 19:40

“Neftçi” Misli Premyer Liqasında növbəti oyununu keçirib. Komandamız 28-ci turda “Qəbələ”nin qonağı olub. Qəbələ şəhər stadionunda baş tutan matçda “ağ-qaralar” 1:0 hesabı ilə qalib gəlib. Qələbə qoluna 42-ci dəqiqədə Kilan Lebon imza atıb.

Qeyd edək ki, “Neftçi” hazırda 28 oyundan 43 xalla turnir cədvəlində 2-ci yeri tutur.