“Qəbələ” ilə səfər matçını Cavid Cəlilov idarə edəcək

29 mart 2024, 15:25

Misli Premyer Liqasında 28-ci turun təyinatları açıqlanıb. “Qəbələ” – “Neftçi” matçının baş hakimi Cavid Cəlilov olacaq. Ona Müslüm Əliyev və Kamran Bayramov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Nicat İsmayıllı yerinə yetirəcək. VAR hakimi Vüsal Əliyev, VAR hakiminin köməkçisi Anar Şixəliyev, hakim-inspektor Əliyar Ağayev, AFFA nümayəndəsi Zeynal Zeynalov olacaq.

Qeyd edək ki, “Qəbələ” – “Neftçi” oyunu bu gün saat 16:30-da Qəbələ şəhər stadionunda keçiriləcək.