6 futbolçumuz qadınlardan ibarət milli komandada!

28 mart 2024, 14:00

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Avropa çempionatının seçmə mərhələsi çərçivəsində aprelin 5-də səfərdə Macarıstan, ayın 9-da Bakıda İsveçrə yığmasına qarşı oynayacaq milliyə “Neftçi” PFK-nın 6 üzvü – Günay İsmayılova, Manə Mollayeva, Aysun Əliyeva, Firəngiz Teymurova, Coşqunə Əliyeva və Milana Rəhimova dəvət olunub.

Qeyd edək ki, milli komandamız bu matçlara hazırlıq məqsədilə təlim-məşq toplanışı keçirəcək. Toplanış aprelin 1-də Macarıstana səfərlə başlayacaq.