“Qəbələ” ilə oyuna hazırlıq davam edir

27 mart 2024, 19:30

“Neftçi” Misli Premyer Liqasının 28-ci turu çərçivəsində qarşılaşacağı “Qəbələ” ilə oyunun hazırlığını davam etdirir. “Ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində növbəti məşqə çıxıb. Hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar icra olunub.

Qeyd edək ki, “Qəbələ” – “Neftçi” matçı martın 29-u saat 16:30-da Qəbələ şəhər stadionunda baş tutacaq.