“Neftçi” PFK səfirlərini təqdim edir

18 mart 2024, 18:20

2024-cü il #MoreThanFootball fəaliyyət həftələri üçün səfirlərimizi təqdim edirik. Bunlar A komandamızın qapıçısı Rza Cəfərov, qızlardan ibarət komandamızın yarımmüdafiəçisi Aysun Seydiyeva və klubumuzun marketinq üzrə mütəxəssisi Ayxan Hacızadədir.

Qeyd edək ki, bu gün başlayan fəaliyyət həftələri aprelin 24-dək davam edəcək.