“Neftçi-2”dən 7 cavabsız qol!

16 mart 2024, 19:00

“Neftçi-2” Əvəzedicilər Liqasında növbəti böyükhesablı qələbəsini qazanıb. Komandamız 27-ci turda “Səbail-2”ni 7:0 hesabı ilə məğlub edib. “Neftçi” Futbol Mərkəzində keçirilən oyunda Bahadur Quliyev “het-trik”ə imza atıb. Digər qolları Ağadadaş Salyanski, Həbib İsmayılov, Cavanşir Şahbazlı və Murad Məmmədov vurublar.

Qeyd edək ki, “Neftçi-2” 27 oyundan 67 xalla vahid liderdir.