Rza Cəfərov ilk dəfə milli komandada!

16 mart 2024, 09:00

“Neftçi” PFK-nın 4 futbolçusu – Emin Mahmudov, Eddi İsrafilov, Filip Ozobiç və Rza Cəfərov Azərbaycan milli komandasına dəvət olunub. Millimiz FIFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” layihəsi çərçivəsində martın 22-si Monqolustan, 25-i isə Bolqarıstan yığması ilə qarşılaşacaq. Hər iki oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlanacaq.

Qeyd edək ki, Rza Cəfərov Azərbaycan milli komandasına ilk dəfə çağırılıb.