“Səbail”lə oyunun baş hakimi İnqilab Məmmədov olacaq

15 mart 2024, 13:39

Misli Premyer Liqasında 27-ci turun təyinatları açıqlanıb. “Neftçi” – “Səbail” matçının baş hakimi İnqilab Məmmədov olacaq. Ona Namiq Hüseynov və Rahil Ramazanov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamranbəy Rəhimov yerinə yetirəcək. VAR hakimi Rauf Cabarov, VAR hakiminin köməkçisi Cavid Cəlilov, hakim-inspektor Rəhim Həsənov, AFFA nümayəndəsi Eldəniz Musayev olacaq.

Qeyd edək ki, “Neftçi” – “Səbail” oyunu bu gün saat 19:00-da “Neftçi Arena”da keçiriləcək.