“Neftçi” Mirbağır İsayevi təbrik etdi

13 mart 2024, 11:06

“Neftçi” PFK-nın baş icraçı direktoru Fərrux Mahmudov veteran futbolçu Mirbağır İsayevi 50 illik yubileyi münasibətilə təbrik edib. Yubilyara ən xoş arzularını çatdıran klub rəhbəri ona xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, 1993-1995-ci illərdə “Neftçi”də çıxış etmiş İsayev “ağ-qaralar”la Azərbaycan kubokunun (1995) və Superkubokunun (1995) qalibi olub. Təcrübəli mütəxəssis A komandamızda məşqçi, akademiyamızda baş məşqçi kimi də çalışıb.