“Neftçi” Tovuzdan 1 xalla qayıdır

9 mart 2024, 17:27

“Neftçi” Misli Premyer Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 26-cı turda “Kəpəz” ilə qarşılaşıb. Tovuz şəhər stadionunda baş tutan matçda heç-heçə qeydə alınıb – 3:3. Komandamızın heyətində Filip Ozobiç het-trikə imza atıb. O, 32, 57 və 77-ci dəqiqələrdə fərqlənib. Rəqibin qollarını isə Martins Junior (6 və 62-ci dəqiqlərə) və Elçin Əlicanov (47-ci dəqiqə) vurublar.

Qeyd edək ki, “Neftçi” 26 oyundan 37 xalla turnir cədvəlində 3-cü yeri tutur.