“Neftçi-2”dən əzmkar qələbə

4 mart 2024, 19:13

“Neftçi-2” Əvəzedicilər Liqasında növbəti oyununu keçirib. Komandamız 25-ci turda “Qarabağ-2” ilə qarşılaşıb. “Neftçi” Futbol Mərkəzində keçirilən görüşün 44-cü dəqiqəsində hesabı rəqib futbolçu Xəyal Ələkbərov açıb. Bununla belə, əvəzedicilərimiz fasilədən sonra nəinki hesabı bərabərləşdirib, hətta qələbə qolunu da vurmağı bacarıblar – 2:1. 47-ci dəqiqədə Samir Həsənov, 75-ci dəqiqədə isə Elcan Əbilov fərqlənib.

Qeyd edək ki, “Neftçi-2” 25 oyundan 61 xalla liderliyini davam etdirir.