“Neftçi” “Qarabağ”a məğlub oldu

3 mart 2024, 22:22

“Neftçi” Misli Premyer Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 25-ci turda “Qarabağ” ilə qarşılaşıb. “Neftçi Arena”da baş tutan matçda komandamız məğlub olub – 1:4. “Neftçi”nin heyətində 71-ci dəqiqədə penaltidən Filip Ozobiç fərqlənib. Rəqibin qollarını 47-ci dəqiqədə Nəriman Axundzadə, 60-cı və 90+3-cü dəqiqələrdə Toral Bayramov, 90+7-ci dəqiqədə Leandro Andrade vurublar.

Qeyd edək ki, “Neftçi” 25 oyundan 36 xalla turnir cədvəlində 3-cü yeri tutur.