“Qarabağ”la oyuna hazırlıq davam edir

28 fevral 2024, 17:00

“Neftçi” Misli Premyer Liqasının 25-ci turunda qarşılaşacağı “Qarabağ”la oyunun hazırlığını davam etdirir. Tovuz səfərindən qayıdandan sonra iki gün istirahət edən “ağ-qaralar” fevralın 27-də məşqlərə başlayıb. Dünən olduğu kimi, bu gün də hazırlıq “Neftçi” Futbol Mərkəzində baş tutub.

Qeyd edək ki, martın 3-ü “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” matçı saat 19:00-da başlanacaq. Oyun biletlərini iticket.az saytı vasitəsilə onlayn şəkildə əldə etmək mümkündür.