ASAN könüllüləri “Neftçi”nin məşqində

28 fevral 2024, 13:11

4 saylı Bakı “ASAN xidmət” mərkəzinin təşəbbüsü ilə ASAN könüllüləri “Neftçi” Futbol Mərkəzində olublar. Qonaqlar komandamızın üzvləri ilə görüşüblər. Futbolçularla söhbətləşib şəkil çəkdirən ASAN könüllüləri “ağ-qaralar”ın məşqini izləyiblər.