“Neftçi-2” Tovuzda məğlub oldu

25 fevral 2024, 20:27

“Neftçi-2” bu mövsüm Əvəzedicilər Liqasında 4-cü dəfə məğlub olub. Komandamız “Turan Tovuz-2” ilə 24-cü tur oyununda uduzub – 1:3. Tovuz şəhər stadionunda keçirilən görüşdə “ağ-qaralar”ın qolunu penaltidən Ağadadaş Salyanski (45+2-ci dəqiqə) vurub. Rəqibin heyətində isə Asad Asadov (2-ci dəqiqə), Rəvan Abasov (5-ci dəqiqə) və İsmayıl İsmayılov (90+3-cü dəqiqə) fərqləniblər.

Qeyd edək ki, 24 matçdan 58 xal toplayan “Neftçi-2” ən yaxın izləyicisi olan “Qəbələ-2”ni 1 xal geridə qoyaraq liderliyini davam etdirir.