“Neftçi” Tovuzda qələbəni əldən verdi

24 fevral 2024, 17:49

“Neftçi” Misli Premyer Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 24-cü turda “Turan Tovuz”la heç-heçə edib – 1:1. Tovuz şəhər stadionunda baş tutan matçın 72-ci dəqiqəsində Yeqor Boqomolski hesabı açsa da, 88-ci dəqiqədə Fərid Nəbiyev bərabərlik qolunu vurub.

Qeyd edək ki, “Neftçi” 24 oyundan 36 xalla turnir cədvəlində 3-cü yeri tutur.