“Top səndə”dən əldə olunmuş vəsait “YAŞAT” Fonduna ianə edildi

14 fevral 2024, 12:00

“Neftçi” PFK-nın “Top səndə” layihəsindən əldə etdiyi vəsait “YAŞAT” Fonduna ianə edilib.

Xatırladaq ki, “Flaqman” Azərbaycan futbolu tarixində ilkə imza ataraq “Top səndə” layihəsinə pilot çərçivədə start verib. Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində fevralın 9-da “Neftçi Arena”da keçirilmiş “Neftçi” – “Sumqayıt” matçında (1:1) komandamızın qolunun müəllifi Filip Ozobiç rəqib qapısından keçirdiyi topu oyundan sonra imzalamışdı. İmzalı top klubun stadionda yerləşən fan mağazasında satışa çıxarılaraq satılmışdı.

Qeyd edək ki, topu alan şəxs adının anonim qalmasını istəyib.