“Neftçi” son dəqiqələrdə məğlub oldu

13 fevral 2024, 22:10

“Neftçi” Misli Premyer Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 22-ci turda “Araz-Naxçıvan”a 0:1 hesabı ilə məğlub olub. Yeganə qolu “Dalğa Arena”da baş tutan matçın 90+2-ci dəqiqəsində penaltidən Orxan Əliyev vurub.

Qeyd edək ki, “Neftçi” 22 oyundan 32 xalla turnir cədvəlində 3-cü yeri tutur.