“Araz-Naxçıvan”la oyunun baş hakimi Rəşad Əhmədov olacaq

13 fevral 2024, 15:50

Misli Premyer Liqasında 22-ci turun təyinatları açıqlanıb. “Araz-Naxçıvan” – “Neftçi” matçının baş hakimi Rəşad Əhmədov olacaq. Ona Rahil Ramazanov və Teymur Teymurov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamran Əliyev yerinə yetirəcək. VAR hakimi Rauf Cabarov, VAR hakiminin köməkçisi Pərvin Talıbov, hakim-inspektor Ceyhun Haşımov, AFFA nümayəndəsi Məmmədəli Məmmədov olacaq.

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Neftçi” oyunu bu gün saat 19:30-da “Dalğa Arena”da keçiriləcək.