“Neftçi” yarımfinalda!

9 fevral 2024, 23:36

“Neftçi” Azərbaycan Kubokunun 1/4 final mərhələsində cavab oyununu keçirib. “Flaqman” “Sumqayıt”la qarşılaşıb. “Forza Neftçi” Azad Azarkeş Qrupunun 15 yaşının tamam olması münasibətilə meydana üzərində “15 il çiyin-çiyinə! Forza Neftçi!” sözləri yazılmış plakatla və 15 nömrəli formada çıxan komandamızın üzvləri formaları fan qrup üzvlərinə hədiyyə ediblər.

“Neftçi Arena”da baş tutan matç isə heç-heçə nəticələnib – 1:1. 26-cı dəqiqədə Filip Ozobiç hesabı açıb, bundan 14 dəqiqə sonra isə rəqib futbolçu Roi Kehat bərabərlik qolunu vurub. Bununla da ilk görüşdə 3:2 hesabı ilə qalib gələn “ağ-qaralar” yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, “Neftçi” aprelin 2-də və 23-də baş tutacaq 1/2 final mərhələsində “Qarabağ”la qarşılaşacaq.