“Sumqayıt”la cavab oyunumuzun baş hakimi Kamal Umudlu olacaq

9 fevral 2024, 16:28

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Neftçi” – “Sumqayıt” matçının baş hakimi Kamal Umudlu olacaq. Ona Vüsal Məmmədov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını Nicat İsmayıllı yerinə yetirəcək. VAR hakimi Elçin Məsiyev, VAR hakiminin köməkçisi Kamran Bayramov, hakim-inspektor İmanxan Sultani, AFFA nümayəndəsi Elgiz Abbasov olacaq.

Qeyd edək ki, “Neftçi” – “Sumqayıt” oyunu bu gün saat 19:00-da “Neftçi Arena”da keçiriləcək.