“Neftçi-2”dən 8 cavabsız qol!

5 fevral 2024, 19:30

“Neftçi-2” Əvəzedicilər Liqasında böyükhesablı qələbə qazanıb. “Ağ-qaralar” 21-ci turda “Sumqayıt-2”yə 8:0 hesabı ilə qalib gəlib. “Kapital Bank Arena”nın ehtiyat meydançasında keçirilən matçda Ağadadaş Salyanski het-trikə, Həbib İsmayılov dubla imza atıb. Rüfət Abbasov, Elcan Əbilov və Kamal Kazımov isə hərəyə bir dəfə fərqləniblər.

Qeyd edək ki, “Neftçi-2” 21 oyundan 52 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb.